Məqsəd
Təlimçi
Personalın Attestasiyası və Qiymətləndirməsi üzrə Konsultant
» Rusiyanın Rostov şəhərində yerləşən Kadrlar və İdarəetmə üzrə ixtisaslaşan
«BiznesMag»
şirkətinin təsisçisidir.
» Bir çox Rusiya şirkətlərində, həmçinin – “SberBank” QSC (Novoçerkask Filialı),
“Alfa-Bank” QSC (Rostov Filialı), “DonxlebBank” ASC, “Baltika-Don” ASC,
“Rosselmaş” ASC, “NEVZ” QSC İB, “Veqa-N”, “SKİF”, “Beket”, “Notis”, “Vino i
Myaso” restoranlar şəbəkəsi, “Şokolad” kafelər şəbəkəsi , “İmka-Tur” Turizm
şirkətində işləyib.
» Hal-hazırda GTC-nin mütəxəssisi olaraq Bakıdadır. Kadrlar və İdarəetmə üzrə
konsaltinq verir, attestassiya keçirir, təlimlər aparır.
İştirakçı Haqqı
220 AZN (Kofe-breyk, sertifikat, təlim materialları və ƏDV daxil olaraq)
Təlimin Korporativ Qiyməti: 1425 AZN Maksimum İştirakçı sayı: 15 nəfər
Təlimin Proqramında
1. Katiblik işində kargüzarlıq
Kargüzarlığın normativ qayda və metodik bazası. Sənəd və
onların funksiyalarının təsnifatı. Sənədlərin hazırlanması və
rəsmiləşdirilməsində müasir tələblər. Sənədlərlə işin təşkil olunması.
2. İş yazışmaları
Xidməti yazışmaların xarakteristikası. Xidməti
məktublar. Kommersiya məktubları. Daxili yazışmalar. Xidməti məktubların mətninə
qarşı tələblər. MS Outlook – da iş (təqvimin aparılması, kontaktların siyahısı),
elektron ünvanlara məktubların göndərilməsi, e-mail marketinq üçün proqramlar.
3. Ofis işlərinin təşkili, Ofis-menecer işi
İş yerinin təşkili. Ofisin həyat fəaliyyətlərinin təmin
edilməsi. Mühüm tədbirlərin təşkili və tədbirlər zamanı xidmət göstərilməsi.
Rəhbərlə qarşılıqlı əlaqədə ortaya çıxan təşkilatı məsələlər. İnzibati –
təsərrüfat işinin aparılması.
4. Katiblik işində iş etiketi və mədəniyyəti
Salamlaşma qaydası, özünütəqdim, tanışlıq. Katib və
rəhbərin qarşılıqlı effektiv ünsiyyətləri. Əməkdaşlar arasında subardinasiya,
qarşılıqlı münasibət. Əsas geyim stilləri - Dresscode.
5. Korporativ stil, Əsas fəaliyyətlər
Korporativ qayda, qəbul və standartlar. Əcnəbi partnyor
və müştərilərlə ünsiyyətin xüsusiyyətləri. Hədiyyələr, güllər, suvenirlər və iş
münasibətlərində onların rolu.
6. İş əlaqələri
Görüşlər, iclaslar, danışıqlar. Kommersiya
danışıqlarının, operativ və planlı iclasların hazırlanma ardıcıllığı və
aparılması. İş partnyorlarıyla ilə görüşə hazırlıq. Qəbulların təsnifatı.
7. Telefonda ünsiyyət bacarığı
Telefonda iş danışıqların aparılması üçün əsaslar.
Telefonda problemli məsələlər haqqında danışıqlar. Telemarketinq.
8. Müştərilərin qəbulu, Qonaqpərvərliyin əsas qaydaları
Vip – müştəri və ya partnyorların qarşılanması. Ofisdə
xidmət etmənin uyğun formaları. Qastranomik etiket. Masa arxasasında qonaqlara
xidmət.
Təlimin Üstünlükləri
Təlimdə özünün peşəkar hazırlığını, şirkətin davranış stilini yeniləmək və
münasibət səviyyəsini artırmaq istəyən hər kəs iştirak edə bilər.
Təlimdə
iştirak edənlər öz təqdimat potensialını görəcək və çatışmayan cəhətləri ilə
mübarizə etməyin sirrlərini öyrənəcəklər. İştirakçıların hər şəraitdə ünsiyyət
bacarığını yüksək saxlaya bilməsini təmin etmək, peşəkar ünsiyyət
qabiliyyətlərini inkişaf etdirmək, psixoloji və texniki olaraq şərtləri analiz
edə biləcək səviyyəyə gətirmək, qloballaşan dünyanın tələblərinə uyğun olaraq,
ünsiyyət və davranış qabiliyyətlərini yüksək səviyyəyə çatmaqlarına kömək etmək
təlimin əsas məqsədidir.
Təlimin sonunda xüsusi testlər keçiriləcəkdir. Ofis
menecerin işində lazım ola bilən proqramlar və məlumatlar CD-də veriləcəkdir.Nəticə etibarı ilə, təlimdə iştirak edənlər davranışın effektivliyi, tədbirlərin
düzgün keçirilməsi və peşəkar ünsiyyət qurmaq təcrübəsi ala biləcəksiniz.
|
|
|