Məqsəd
» Müştəri xidmətləri üzrə mütəxəssisləri
hazırlamaq.
» Rəqiblərdən fərqli üstünlük olaraq daha
yüksək peşəkarlıq qaydada ünsiyyət yaradaraq, məmnuniyyəti qazanmaq üçün
imkanları artırmaq.
» Premium seqment müştərilərə xidmət vermək
imkanını əldə etmək.
» Müştərilər ilə xasiyyətlərinə uyğun peşəkar ünsiyyət qurmağı
öyrənmək.
» Etiraz və narazılıqlarla işləmə qaydalarını öyrənmək.
» Müştəri Xidmətləri üzrə peşəkarların ünsiyyət qurmaq
və xidmətlərin satışı üzrə psixoloji hazırlığı.
Təlimçi
İdarəetmə və Liderlik üzrə Konsultant
» Kənan Rəhimov Peşəkar Psixoterapevt diplomu və mütəxəssis sertifikatı ilə
2003-cü ildə Bexterev İnstitutu tərəfindən təltif olunub:
Diplom: AB-I № 077037
Mütəxəssis Sertifikatı: A №2139298
» Rusiya Federasiyasının Baş Psixoterapevti B.D.Karvasarski tərəfindən təhsil
almış və dünya miqyaslı tanınmış psixoanalitik V.D.Vidin rəhbərliyi altında
çalışmış Kənan Rəhimov, Bexterev adına İnstitut tərəfindən qırmızı diplom ilə
təltif olunmuşdur.
» 2001-2003-cü illərdə Sank-Peterburqda ixtisaslaşma keçərək, bir çox
mərkəzlərdə (İmaton, Baskov, FİNEK və digər) peşəkar təlimlər keçib, qısa
zamanda "Baskov" mərkəzində "MTS"-lə keçirilən korporativ layihə üzrə təlimçi
kimi cəlb edilmişdir.
» 2003-cü ilin iuyn ayına qədər, "Baskov" mərkəzində, bir çox idarəetmə və
marketinq üzrə korporativ lahiyələrdə iştirak edib.
» 2003-cü ilin iyun ayında Bakıda öz mütəxəssis fəaliyyətini davam edir.
» 2003-2007-ci illər arası "Regional Psixologiya Mərkəzi"nin rəhbəri olaraq, bir
necə ictimai layihələri apararkən, Azərbaycanın bir çox Radio və TV
verilişlərində özünəməxsus çıxışları ilə idarəetmə psixologiyası üzrə tanınmış
mütəxəssis kimi tanınmışdır.
» 2008-ci ilin yanvar ayından "GTC"-də çalışır. İdarəetmə psixologiyası və
Biznes Kommunikasiyaları (əsasən, satış və komandaların qurulması) üzrə
mütəxəssis olaraq, "Global Training and Consulting" şirkətində peşəkar təlim
proqramları tərtib edir, İdarəetmə və marketinq üzrə konsaltinq layihələrinə
rəhbərlik edir.
» Hal-hazırda GTC-nin direktoru olaraq mütəxəssislər hazırlayır, konsaltinq
layihələri təşkil edir, Azərbaycanın şirkətlərinə xidmət göstərir.
İştirakçı Haqqı
300 AZN (Kofe-breyk, sertifikat, təlim materialları və ƏDV daxil olaraq)
Fiziki şəxslər üçün kursun ilkin ödənişi 150 manat olmaqla,
ayda cəmi 50 AZN ödəməklə 3 aya ödəmək imkanı verilir.
Təlimin Korporativ Qiyməti: 2500 AZN Maksimum İştirakçı sayı: 12 nəfər
Təlimin Proqramında
1) İş etiketi və mədəniyyəti
2) Korporativ stil, əsas fəaliyyətlər
3) İş əlaqələri: görüşlər, iclaslar, danışıqlar
4) Müştərinin xasiyyətini təyin etmə:
a) geyiminə, rənglərə görə;
b) davranışına əsasən;
c) istifadə etdiyi sözlərə görə.
5) Müştərinin seçim etmə kriteriyalarını dəqiqləşdirmə
6) Aktiv dinləmə texnikasi
7) Sual vermə texnologiyası
8) Telefonda ünsiyyət bacarığı
9) Malların və xidmətlərin təqdimat qaydaları
10) Rəqiblərdən fərqlənmə təqdimatı
11) Etirazlarla işləmə prinsipləri («narazılıqlarla»)
12) Müqavimət, narazılıq edən müştərilərlə davranış modeli
13) Müqavimət növləri
14) Katib baryerinin keçilməsi
15) Vip müştərilərin qəbulu
Təlimin Üstünlükləri
1) Psixoloji yetənəklər -
Müştərilərin xasiyyətini geyiminə, danışığına və davranışına görə dəqiq təyin
etmək bacarığını peşəkar psixoterapevtdən oyrənmək imkanını əldə edəcəksiniz.
2) Müştərilərə fərdi yanaşma - Müştərinin xasiyyətinə uyğun xidmətlərinizi təqdim etmək və etirazlarla iş
şəraitində peşəkarlıq nümayiş etmək bacarıqlarını təlim edə biləcəksiniz.
3) Şirkətin xidməti üzrə xüsusi yanaşma - Korporativ təlim formatında
keçirmək imkanı - şirkətin xüsusiyyətini nəzərə alaraq məhsullarının müştərilərə
təqdim oluması üçün xüsusi məşqlər keçirmək imkanı var.
4) İnteraktiv nəzarət və kouçinq - Təlimdə interaktiv videoyazılarla və sonradan
analizlə bağlı fərdi tövsiyyələr verilə bilər, təlimdən sonraki müddətdə
mütammadi peşəkarlığı artırmaq imkanı var.
5) Yerli psixoloji amilləri nəzərə yetirmək - yerli mütəxəssislər tərəfindən
keçirildiyinə görə, Azərbaycanın müxtəlif ictimayi və regional xüsusiyyətlərinə
nəzər yetirib müştəri xidmətlərin təkminləşdirmə.