Məqsəd
Mütəxəssislərin:
* Danışıqlar zamanı qarşı tərəfi "jestlərindən
oxuyaraq" ünsiyyətdə daha yüksək
diplomatik strategiyalara nail olub,
danışıqları idarə etmək bacarıqlarını artıra bilsinlər..
* Psixoloji vasitələrdən peşəkarcasına istifadə
edərək qarşı tərəfi öz istədikləri şətlərə
razılaşdıra bilmək bacarıqlarını
artıra bilsinlər.
* Danışıqlar zamanı arqumentlərdən daha çox
məqsədə uyğun istifadə olumasına nail olsunlar.
* Görüşə hazırlaşaraq danışıqlar strategiyalarını
peşəkar qaydalara uyğun hazırlaya bilsinlər.
* Qarşı tərəfin
manipulyasiyasına qarşı əksmanipulyativ sərhədlər qurub ünsiyyətə davam edə
bilsinlər.
Təlimçi
İdarəetmə və Liderlik üzrə Konsultant
» Kənan Rəhimov Peşəkar Psixoterapevt diplomu və mütəxəssis sertifikatı ilə
2003-cü ildə Bexterev İnstitutu tərəfindən təltif olunub:
Diplom: AB-I № 077037
Mütəxəssis Sertifikatı: A №2139298
» Rusiya Federasiyasının Baş Psixoterapevti B.D.Karvasarski tərəfindən təhsil
almış və dünya miqyaslı tanınmış psixoanalitik V.D.Vidin rəhbərliyi altında
çalışmış Kənan Rəhimov, Bexterev adına İnstitut tərəfindən qırmızı diplom ilə
təltif olunmuşdur.
» 2001-2003-cü illərdə Sank-Peterburqda ixtisaslaşma keçərək, bir çox
mərkəzlərdə (İmaton, Baskov, FİNEK və digər) peşəkar təlimlər keçib, qısa
zamanda "Baskov" mərkəzində "MTS"-lə keçirilən korporativ layihə üzrə təlimçi
kimi cəlb edilmişdir.
» 2003-cü ilin iuyn ayına qədər, "Baskov" mərkəzində, bir çox idarəetmə və
marketinq üzrə korporativ lahiyələrdə iştirak edib.
» 2003-cü ilin iyun ayında Bakıda öz mütəxəssis fəaliyyətini davam edir.
» 2003-2007-ci illər arası "Regional Psixologiya Mərkəzi"nin rəhbəri olaraq, bir
necə ictimai layihələri apararkən, Azərbaycanın bir çox Radio və TV
verilişlərində özünəməxsus çıxışları ilə idarəetmə psixologiyası üzrə tanınmış
mütəxəssis kimi tanınmışdır.
» 2008-ci ilin yanvar ayından "GTC"-də çalışır. İdarəetmə psixologiyası və
Biznes Kommunikasiyaları (əsasən, satış və komandaların qurulması) üzrə
mütəxəssis olaraq, "Global Training and Consulting" şirkətində peşəkar təlim
proqramları tərtib edir, İdarəetmə və marketinq üzrə konsaltinq layihələrinə
rəhbərlik edir.
» Hal-hazırda GTC-nin direktoru olaraq mütəxəssislər hazırlayır, konsaltinq
layihələri təşkil edir, Azərbaycanın şirkətlərinə xidmət göstərir.
İştirakçı Haqqı
300 AZN (Kofe-breyk, sertifikat, təlim materialları və ƏDV daxil olaraq)
Fiziki şəxslər üçün kursun ilkin ödənişi 150 manat olmaqla,
ayda cəmi 50 AZN ödəməklə 3 aya ödəmək imkanı verilir.
Təlimin Korporativ Qiyməti: 2025 AZN Maksimum İştirakçı sayı: 12 nəfər
Təlimin Proqramında
1. Danışıqlar prosesinin etapları və dinamikası
2. Danışıqlara hazırlıq – müştəri barədə məlumat alma
3. İlk görüşdə məqsədyönlü ünsiyyət modelinin seçimi
4. Müştərinin tələbatlarını aydınlaşdırma, Sual vermə, Yönləndirmə
5. Gizli və Açıq motivlərin təyin olunması
6. Birlikdə nail ola biləcəyiniz nəticələrin axtarışı
7. Süni və Emosional narazılıqlarla davranış taktikası
8. Arqumentləşdirmə və Kontrarqument üslubları
9. "Sokrat dialoqu" və ya "Bəli!" cavabını almaq sənətkarlığı
10. Müştəriyə yönlənmiş təqdimat, Zəmanətlərin əsaslanması
11. Qərarlaşma və Razılıqlar əldə etmə etapı
12. Danışıqların bitirilməsi və danışıqlardan çıxış
13. Razılaşmanın şərtlərini yerinə yetirilən müddətdə yarana bilən problemlərin həlli
Təlimin Üstünlükləri
1) Təlim iştirakçıları psixologiyanın davranışlar üzrə ən qabaqcıl
texnikalarından istifadə edərək,
yeni "nəfəs"lə danışıqlar zamanı mövqelərini təkminləşdirmək
imkanını əldə edə biləcəklər.
2) Danışıqların aparılması zamanı qarşı tərəfin gizli taktikalarını jestlərindən
anlamaq imkanı əldə edəcəklər.
3) Şəxsi strategiyalarını həyata keçirmək üçün 13 peşəkar arqumentasiya
üslubları ilə tanış ola biləcəklər.
4) Təlimin proqramı 80 % praktiki məşğələlərdən ibarət olğuna görə, təlim
iştirakçıları birbaşa öz davranışalrını inkişaf etdirmək imkanları olacaq.
5) Təlim videoyazılarla müşəidə olunduğuna görə, iştirakçılar ekranda öz
taktikalarını görüb, bacarıqlarını mütəmmadı inkişaf etdirmək üçün
təlimçidən birbaşa tövsiyələr ala biləcəklər.