Fəxrimiz
Siz də HR Məktəbinin üzvləri siyahısına facebook-da qatılın.
Yenilikləri izləyin, HR üzrə iş vakansiyalarına diqqət yetirin, yeni vakansiyalar elanını
verin.
Bizim məzunlarımızla İnsan Resursları barədə daimi
məlumat və öz təcrübənizlə paylaşın.

Bizim məzunlar GTC-nin HR Məktəbi haqqında:
HR üzrə GTC-nin HR Məktəbi kurslarından sonra ilk addımlarını edənlər.
Məmmədli Leyla - "DekaBank" - HR Director

Mən, Məmmədli Leyla, Moskva Pedaqojı Dövlət Universitetinin
məzunuyam.
İxtisasım Psixoloqiya. Ali məktəbdə tibbi psixoloqiya
məruzələri aparmışam, Oxford məktəbində psixoloq və psixoloq-məsləhətçi
vəzifəsində çalışmışam. GTC işguzar təlimlərdən sonra bankda İnsan Resursları
şöbəsinə rəhbərlik edirəm.
GTC mənim iş karyeramda yeni səhifə açmaqla yanaşı, mütəxəssis səviyyəsində həm
praktiki, həm də nəzəri biliklərə yiyələnməyimdə əvəzsiz rol oynamışdır. GTC-də
tədrisin peşəkar, tanınmış təcrübəli mütəxəssislər tərəfindən keçilməsi mənə
tərəddüdsüz seçim etmək imkanı vermiş oldu. Belə ki, öz işlədiyim sahə üzrə
yəni, HR-la daha dərindən tanışlıq, həmçinin bu sahədə zəngin bilgi almağım
məndə GTC-ə qarşı belə bir təəssürat oyatdı ki, düşünürəm GTC-nin HR
Məktəbinin dövrümüzdə alternativi olmadığını deyə bilərik.
Abbasova Elnarə
- "Rahat Market" - HR Director

Mən, Abbasova Elnarə, artıq 1 ildir ki, "Rahat Market" SuperMarketlər
şəbəkəsində HR Departamentinin Direktoru vəzifəsində çalışıram.
Ali təhsilimi Kazaxstanda Hüquq üzrə almışam. İş təcrübəm 2007-ci ildən Tibbi
Avadanlıq istehsal edən şirkətin daxilində, ofis menecer vəzifəsində
başlamışdır. Parallel olaraq Kadrlar şöbə rəisinə asistent kimi köməklik
edirdim, bəzən HR-Meneceri əvəz edirdim.
Belə ki, HR işi mənə maraqlı idi,
günü-gündən daha da cəlb edirdi. Lakin o şirkətdə olan məvaciv və iş şərtləri
məni qane etmirdi. Eyni zamanda mən anlayırdım ki, arxamda olan təcrübə və
yetənəklər o qədər də deyil ki, yeni iş yeri axtarışında özümü sərbəst hiss
edim, ali təhsilimə baxmayaraq, ixtisaslı peşəm yox idi.
"GTC"-nin "HR Məktəbi"-nə yazılmaq imkanı barədə oyrəndim. Mənim
çaışdığım yer də Caspian Plazada yerləşdiyi üçün maraqlandım. İmkanları başa
saldılar, yazıldım və ona görə həmkarlarıma minnətdaram. Yəqin ki, mən
yaxşı tələbə olmuşam. Mənim "RahatMarket"-in marketin rəhbərliyi tərəfindən
dəyərləndirib birbaşa HR Direktoru vəzifəsinə qədər yüksəltdilər.
Uzun bir müddət mən elə də təyin edə bilmirdim - mən kiməm? - Hüquqşunas?
Menecer? Mühasib? Kadrlar üzrə mütəxəssis? - Bu Məktəb mənə peşəmə yol vərəqəsi
oldu - bu sahənin qapılarını mənə açdı.
İndi mən yeni-yeni layihələr hazərlayıram, arzularımı reallaşdırıram, işimdə
uğurumu artırmaq üçün psixologiyanı öyrənirəm...
Çox sağ olsun "GTC" və əsas da
Kənan müəllim.
Rzayeva Aytən - "Nurgun Holding"-in Tədris Mərkəzi - Korporativ Trener

Mən Rzayeva Aytən Şahn qızı Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında yeddi il müəllim və metodist vəzifələrində çalışmışam.
Son dövrlər peşəmdə inkişaf etmək üçün idarəçilik, daha dəqiq desəm insan resurslarının idarə
edilməsi sahəsi məni maraqlandırmağa başladı.
Bu maraq məni “GTC” şirkətinin
təlim mərkəzində keçirilən “HR Məktəbi”-nə gətirdi. “GTC” məndə ilk gündən gözəl təəsüratlar yaratdı. Daha çox inam və təcrübə
verdi. Məndə olan özümə inamın artması məni uğurlara doğru gətirdi. Mənə
karyeramı qurmaq barədə düşünməyə “GTC” təkan verdi. HR üzrə İmtahanlarımı verməyə
tələsmirdim - hələ də inanmırdım, sertifikatın əhəmiyyəti olmayacağını
düşünürdüm... Daha tez və ciddi yanaşmaq lazım idi.
Hal – hazırda Azərbaycan məkanında ən nifuzlu
Holdinqlərdən biri olan "Nurgün Group"-un Tədris mərkəzində –
Korporativ Trener
vəzifəsində çalışıram.
“GTC”-nin gözəl devizi var: Zirvəyə Qlobal Addımlar.
Mən də istərdim qeyd edəm: işıqlı -nurlu, xeyirli- uğurlu
sabahlar üzünüzə açılsın.
Təşəkkürlər Sizə.
Təlimçilər
GTC-nin HR Məktəbinin proqramının hazırlığında iştirak edən
bütün həmkarlarımıza, əsasən də bu məqsədə nail olmaqda ən çox əməyi olan "Bank
of Baku"-nun İnsan Resursları Departamentinin Direktoru və Qafqaz Universitenin Dosenti Dr.(Phd) Rakif bəy Fərəcova dərin təşəkkürümüzü bildiririk.
Ayrıca Qafqaz Universitenin müəllimi və bir çox
şirkətlərdə İnsan Resursları sahəsində əldə etdiyi əvəzedilməz təcrübəsi ilə bizimlə paylaşan Tural
bəy Məmmədova, "AGBank"-ın İnsan Resursları Departamentinin Aparıcı
Mütəxəssisi Kəmalə xanım Eynullayevaya, psixologiya üzrə elmlər
namizədi Cavad bəy Efendiyə, Rusiyanın Rostov şəhərində yerləşən "Biznes Maqazin" İnsan Resursları və İdarəetmə üzrə konsaltinq şirkətinin sahibi
Yevgeniya xanım Barabaşa bu layihənin hazırlığında intellektual əməkləri üçün xüsusi olaraq minnətdarlığımızı
bildiririk.
İdarəetmə üzrə Konsultant
Kənan Rəhimov - İdarəetmə üzrə konsultant, “GTC”-nin
direktoru, HR Məktəbinin yaradıcısı.
Rusiya Federasiyasının Baş Psixoterapevti B.D.Karvasarski tərəfindən
psixoterapiya üzrə təhsil almış və dünya miqyaslı tanınmış psixoanalitik
V.D.Vidin rəhbərliyi altında çalışmış Kənan Rəhimov, Sankt-Peterburq şəhərində
yerləşən Bexterev adına İnstitut tərəfindən 2003-cü ildə qırmızı diplom ilə
təltif olunmuşdur. Bakıya qayıdandan sonra RPM-də ictimayi layihələr aparıb,
işçi heyətinin seçimi üçün peşəkar bacarıqları təhlil edən psixoloji testlərdən
ibarət proqram tərtib edib. 2006-cı ildə "Bank of Baku"-da 1 gün ərzində 232 nəfərin qiymətləndirməsini
aparandan sonra - bu sahə üzrə test proqramını təkminləşdirib, şəbəkədaxili
qiymətləndirmə proqramını "VeralSoft" proqramı bazasında yaradıb.
29 noyabr 2008-ci il tarixində, GTC-nin direktoru olarkən, "HR Məktəbi" adlı
layihənin proqramına "Start" verib - və bu layihənin rəhbəri olaraq, tədris
proqramını mütəmmadi olaraq təkminləşdirir. Hal-hazırda Assesment mərkəzi
üslubları və İdarəetmə psixologiyası üzrə eksperimentlər keçirir, araşdırmalar
aparır, "HR Məktəbi"-ni inkişaf etdirmək üçün çalışır.

Qorxmaz Ağayev - CLC hüqüq
konsaltinq şirkətinin aparıcı mütəxəssisidir.
» Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
» 2004-ci ildən AtaHoldinq şirkətlər qrupunda çalışıb, Hüquq departamentinin direktoru vəzifəsinə kimi yüksəlmişdir.
» 2005-ci ildən etibarən 2011-ci ilə qədər "Bank of Baku"-da Hüquq
Departamentinin Rəhbəri vəzifəsini tutub.
» 2008-ci ildən GTC-ilə əməkdaşlıq edir. GTC-nin Konsaltinq layihələri üzrə əsasən hüquqı risklərinin azaldılması və İnsan Resurslarının idarə edilməsi ilə bağlı hüquqi normativlərin qorunması üzrə məsləhətçilik edir.
Hal-hazırda CLC hüqüq konsaltinq şirkətinin aparıcı mütəxəssisidir.
Peşəkar HR-ları bizimlə əməkdaşlığa dəvət edirik...
Məzunlar
Bizim Məzunlarımız:
Amadeus Ci DiEs - Sevinc Əli - Company Director
VIB Group - Zakirov Azər - Company Director
ƏmrahBank - Quliyeva Aybəniz - HR Director
MuganBank - Əliyeva Bahar - HR Director
NBC Bank - Əhmədova Aytən (hal-hazırda DemirBank) - HR Director
XalqBank - Namazova Leyla - HR Director
ASBank - Vüsal Şirinov - HR Manager
ASBank - Şəfiqə Fərzəliyeva - HR Manager
ASBank - Əzimova Fətdanə - HR Manager
ANS Press - Mustafayeva Sənəm - HR Manager
ƏmrahBank - Kəmran Əhmədov
- HR Manager
Baki Fond Bircasi - Ləman Qurbanova - HR Manager
Baku Electronics - Mirzəyeva Günel - HR Manager
BASF Kaspian YKS” MMC - İlhamə Namazova
- HR Manager
Finca Azerbaijan - Həbibova İlahə - HR Manager
Finca Azerbaijan - Qafarova Şəhla - HR Manager
GrandMart - Pərvanə Mirzəyeva
- HR Manager
Kentz Caspian Limited - Əsgərova Rəfiqə - HR Manager
Oceaneering International Services Ltd. - Kifayət Əskərova -
HR Manager
RabiteBank - Həsənzadə Rəna - HR Manager
EuropanTabacco - Qasımov Taleh
- HR Manager
A+A Securety Group - Quliyeva Ziba - HR Manager
Rovshan Oguz Group LLC - Roza Ramazanova - HR Manager
Azerbaycan (Shah Deniz) LTD - Əliyev Anar - Operations Manager
Petrokem Qrup MMC - Ülkər Mehdiyeva - HR Manager
VEUS Holdinq - Krivova Arina
- HR Mütəxəssis
VEUS Holdinq - Nazarova
Çinarə - HR Mütəxəssis
RİAD Farma - Sadığova Sevinc - HR Manager
Rovshan
Oguz Group LLC - Həsənova Aybəniz - HR Manager
Anglo-American Business Services &
ATTAS PR ALLIANCE - Adıgözəlova Aynur - HR Mütəxəssis
Dia Holding - Süsən Ağayevaa
North Sea Lifting - Mansurova Esmira
Salans Limited - Rəsulova Aynur
ROLLS-ROYCE INDUSTRIAL POWER ENGINERING - Afət Hidayətova
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC - Gülnisa İsmayılova
... və digər özəl şirkərlərdən olan həmkarlarımız.
Hal-hazırda təlim keçənlər:
VF AzerCredit- Könül Əbilova - HR Manager
NBC Bank - Asilova Könül
Fiziki şəxs - Hüseynov Aydın
Fiziki şəxs - Ələkbərov Emin
Fiziki şəxs - Aygün Əhmədova
Fiziki şəxs - Günay Xalıqova
Fiziki şəxs - Yusifova Sevinc
Fiziki şəxs - Tamilla Hüseynova
Fiziki şəxs - Əzizova Səbinə
Fiziki şəxs - Yusufova Rəna
Fiziki şəxs - Müxtarova Nigar
Fiziki şəxs - Rzayeva Təranə
Fiziki şəxs - Şahmuradova Əfsanə
Fiziki şəxs - Quliyeva Nərmin
Fiziki şəxs - Axundov Fərid
Fiziki şəxs - Rəsizadə Nərminə
Fiziki şəxs - Həsənova Cəmilə
Fiziki şəxs - İskəndərli Toğrul
Fiziki şəxs - Ibrahimova Sahibə
Fiziki şəxs - Həmidova Aytəkin
Fiziki
şəxs - Məmmədova Aytən
Fiziki şəxs
- Rəhimzadə Nigar
Fiziki şəxs - Sadiqov Asif
Proqram
Avropa tədris qaydalarına uyğun olaraq keçirilir:
HR üzrə ilk addım - Mütəxəssis moduludur - cəmi 11 mövzudan ibarətdir.
Hər dərs günü məşğələdə yeni mövzu baxılır, təlimin hər hansı mövzusunda
iştirak edə bilməsəniz növbəti dəfə həmin mövzuda təmənnasız iştirak etmək olar.
Mövzu aydın olmadıqda təkrar təmənnasız qatılmaq olar. Mövzuya aid suallarla
təlimdən sonra mütəxəssislərə birbaşa müraciət etmək olar.
Hər-hansı mövzudan qatılmaq istədikdə
təlimə qeydiyyatdan keçmək olar.
Məşğələdən sonra - təlim materialları verilir - elektron ünvana əlavələr
göndərilir.
Tədris qaydaları:
Hər şənbə günü saat 10.00-dan 13.00 kimi - rus dilində keçirilir,
Saat 15.00-dan 18.00-kimi - azərbaycan dilində.
Hər iki qrupa qatılmaq imkanı var,
qeydiyyat üçün Təlim Mərkəzinin Koordinatoru ilə
əlaqə saxlayın.
Tam kursun qiyməti: 500 AZN (Kofe-breyk, sertifikat, təlim materialları və ƏDV daxil olaraq).
Fiziki şəxslər üçün kursun ilkin ödənişi 200 manat olmaq şərti ilə,
qalan məbləğı hissə-hissə ödəmək imkanı verilir.
Təlimin Korporativ və Fərdi Məşğələ Qiyməti:
5000 AZN
Mövzular:
|
Mövzu |
Dil |
Tarix |
|
İntervyu: keçmə və keçirmə |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
30.07.2011 |
|
Yeni işçilərin qəbulu - tələblər, meyarlar, ilkin qəbul təlimləriləri |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
06.08.2011 |
|
Motivasiya Sistemitemi |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
28.05.2011 |
|
İnsan resurslarının idarə edilməsi |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
04.06.2011 |
|
Sənədlərin idarə edilməsi və dövriyyəsi, vəzifə təlimatları |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
11.06.2011 |
|
Tədris və təkmilləşdirmə |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
18.06.2011 |
|
Personalın Attestasiyası və qiymətləndirilməsi |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
25.06.2011 |
|
İnsan resurslarının planlaşdırılması |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
02.07.2011 |
|
Karyera planlaşdırılması |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
09.07.2011 |
Əmək məcəlləsi |
Az - 10.00 - 13.00 |
16.07.2011 |
İş mühitində stres risklərinin,
Münaqişələrin profilaktikası |
Rus - 10.00 - 13.00
Az - 15.00 - 18.00 |
23.07.2011 |
Üstünlüklər
Məqsədimiz:
» HR Mütəxəssislər hazırlamaq, qərb və şərq ölkələrində mövcud olan
uğurlu idarəetmə prinsiplərini sistem şəklində Azərbaycana adaptasiya etmək.
» İnasan Resursları üzrə mütəxəssislərin, elə cə də şirkət rəhbərlərinin işlərində tələb
olunan qaydaları mənimsəmələrinə köməkçi olmaq, praktiki bacarıqlarının təkminləşməsinə şarait yaratmaq.
» HR peşələrində peşakarlıqla irəliləyə bilmələrini asanlaşdırmaq, karyeranın
inkişafı üçün alətlərin mənimsəməsi, yeni təcrübə və bacarıqlar qazandırmaq.
1) Təlimçilər - GTC-nin HR Məktəbində yalnız praktiki olaraq bu sahə üzrə yetərincə yüksək nailiyyətləri olan, xaricdə İR üzrə təhsil alan və hal-hazırda öz əsas iş yerlərində müvəffəqiyyətlə çalışan peşəkarlər cəlb olunur. Yalnız ən yaxşı və başarılı praktiklər.
2) Təlimin Proqramı - Avropa təcrübəsini Azərbaycan reallığına və qanunvericiliyinə maksimum uyğunlaşdırılıb və bir necə şirkətlərdə İnsan Resurslarının İdarə edilməsi sistemi bu proqramın əsasında qurulub və hal-hazırda tədbiq olunur.
3) Rahat ödəmək imkanı - fiziki şəxlər ilkin məbləğ olaraq 200 AZN ödəməklə təlimə birbaşa qatıla bilər, belə ki qalan məbləğı hissə-hissə ödəyə bilər.
4) Uyğun qrafik - İR üzrə mütəxəssis kimi çalışmaq üçün ən azı 11 mövzu üzrə peşəkar hazırlıq tələb olunur. Biz bu bacarıqların hər birisi üçün 3 saatlıq ayrı-ayrı məşğələrə ayırmışıq. Cəmi 11 mövzu - 11 dərs - 11 həftə. Dərsləri şənbə günü saat 10.00-dan 13.00-kimi keçiririk - belə ki əsas iş yerindən ayrılmadan iştirakçılar, eləcə də təlimçilər, HR Məktəbinin təliminə qatıla bilirlər.
5) Güvən - Mövzular ardıcıl davam edir - hər-hansında, səbəbindən asılı olmayaraq, iştirak edə bilməsəniz, növbəti dəfə bu mövzu 11 sonra təkrarlanacaq və Siz əlavə ödəniş etmədən təkrar qatılmaq imkanı əldə edirsiniz - nəticədə heç bir mövzudan geri qalmırsınız.
ABŞ təhsil sitemi kimi - Siz 11 mövzunu pulunu ödəmisiniz, cədvəl aydındır - mövzular ardıcıldır, nə zaman qatılmağı - sərbəst qərar verirsiniz.
6) Yüksək tələblər - Tam kursu bitirənlər - proqram üzrə yazılı test imtahanı keçir. Yalnız imtahanı müvəffəqiyyətlə bitirənlərə GTC-nin HR Məktəbi məzunu Sertifikat verilir. Eyni zamanda təlimin bütün elektron materialları və əlavələr təlim iştirakçılarına verilir. İmtahanı ilk dəfədən verə bilməyən dəfələrlə təkrar sınaya bilər - imtahanı verənə kimi. Bu cür yanaşma məzunların yüksək səviyyədə hazırlaşmaqlarına motivasiya yaradır.
7) Nəticə - Bu günə kimi ilk dəfədən imtahanı verə bilməyən məzunumuz olmayıb.
Əksər məzunlarımız təlimdən sonra karyerasında diqqət cəlb edən inkişaf göstəriblər.
Nəticə etibarı ilə, təlimdə iştirak edənlər İnsan Resurslarının İdarə
edilməsinin effektivliyini, mütəxəssislərin düzgün seçilməsi və şirkətin peşəkarlarının inkişafı sistemini qura bilmək təcrübəsi ala biləcəksiniz.
- Подготовка специалистов по управлению человеческими ресурсами в отдел кадров.
Əlavələr
Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Əmək Konvensiyaları

Dövlət orqanları - DSMF, Əmək Müfəttişliyi, FHN, Vergilər...

Əmək Miqrasiyası
Əməyin Mühavizəsi
İşçilərin Ezamiyyə Qaydaları
Attestasiya
İş vaxtı
Məzuniyyət
Sosial sığorta
Vergilər və inzibati xətalar