AZ

   


 
 
   
 
 
Konsaltinq » İSO 9001:2000
Proyekt
Təşkilatda ISO 9001:2000 Keyfiyyət İdarəetmə Sisteminin tələb olunan 8 maddəsinin tətbiq olunması və təşkilatın, təşkilata ən uyğun olan sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmasının təşkil olunması.
 
Proyektin tətbiqi
Proyekt təşkilatda ən az həftədə bir gün və təxminən 2-3 saatlıq görüş və iclaslar şəklində, təşkilat üçün fəaliyyəti və idarəetməsinə  uyğun olaraq müəyyənləşdirilmiş bütün proseslər tək-tək müzakirə olunaraq tətbiq ediləcəkdir. Müəyyənləşdirilmiş hər proses proyektin əvvəlində təqdim olunacaq, ətraflı proyekt planına əsasən növbə ilə müzakirə ediləcəkdir.
 
Bu proseslərin hər biri üçün:
• Lazımi sənədlərin hazırlanması
• Lazımi qeydiyyat sisteminin qurulması
• Əlaqədar işçilərin müəyyənləşdirilməsi və iş təyinatlarının yazılması
• Əlaqədar işçilərə seminarların keçirilməsi
• Proseslərin performans meyarlarının müəyyənləşdirilməsi
• Performans izləmə metodlarının öyrədilməsi və tətbiqi addımları olacaqdır.

Hər həftə bir əvvəlki həftənin tətbiqləri yoxlanacaq və dəyişiklik ehtiyacı olan sahələrdə düzəlişlər ediləcəkdir. Proseslər, məsul şəxslər ilə iclaslar keçirilərək müzakirə olunacaq və lazımi fəaliyyətlərin tətbiqinə başlanacaqdır. Proseslərlə əlaqədar sənədləşdirmədən əlavə olaraq proyekt müddətində təşkilat nəzdində ümumi iştiraka açıq olan aşağıdaki seminarlar keçiriləcəkdir:

1. ISO 9001:2000 ............................................ 8 saat.
2. Daxili auditor ................................................ 8 saat.
3. Təməl statistiki metodlar ........................... 6 saat.

Seminarlar ilə əlaqədar ətraflı məlumat proyekt başladıqdan sonra təşkilata veriləcəkdir. Daxili auditor seminarları baş auditor sertifikatına sahib olan məsləhətçilər tərəfindən keçiriləcəkdir.
 
Proyektin Müddəti
ISO 9001:2000 Keyfiyyət İdarəetmə  Sisteminin təşkilatda tətbiq olunması, müntəzəmliyinin təmin edilməsi və müntəzəm təkmilləşdirilməsi üçün lazımi müddət 5-9 ay arasındadır. Bu müddətin sonunda təşkilatdaki bütün səviyyələrdəki işçilər, ISO 9001:2000 Keyfiyyət İdarəetmə Sistemini öz işlərində tətbiq edəcəklər.
 
Proyektin Nəticəsi
Proyektin sonunda təşkilat, ən uyğun sertifikatlaşdırma orqanından ISO 9001:2000 Keyfiyyət İdarəetmə Sistemi sertifikatı alacaqdır. Bu sertifikatın alınması proyektin uğurla başa çatdığının dəlilidir.
 
 
   
 
 
© 2007-2010, bütün hüquqlar GTC-yə məxsusdur.