AZ

   


 
 
   
 
 
Konsaltinq » Attestasiya
Attestasiya Alətləri:
1) Assessment mərkəzi
2) 360 dərəcə
3) Psixoloji test
4) IQ test
5) Loyallıq üzrə testlər
 
Attestasiya Mərkəzi:
Bu personalın keyfiyyətinin dəqiq və effektiv qiymətləndirilməsinə yönəldilmiş ən əlverişli üsullardan biridir. Bu attestasiya işgüzar oyunları, çalışmaları, keysləri, hər kompaniyanın spesifik xüsusiyyətlərinə uyğun işləmələri özündə cəmləşdirən bütöv kompleks metodikadır.

Attestasiya mərkəzinin əsas komponenti əməkdaşları nəticələrin saxtalaşması mümkün olmayan biznes-simulyasiyaya cəlb etməkdir. Çünki, inkişaf etməmiş bacarıqları Assesment mərkəzi şəraitində modelləşdirmək mümkün deyil. Həmçinin hər bir kompetensiya üçün 3-5 ölçü tətbiq olunur.
 
Attestasiya Şirkətinizə Nə Verəcək?
   •İşçilərin peşəkar fəaliyyətlərində qazandıqları müvəffəqiyyətə obyektiv və nəzərə çarpan münasibət bildirmək
   • Mövcud olan təcrübə, bilik və bacarıqları düzgün qiymətləndirmək və işçilərin potensiallarını üzə çıxara bilmək
   • Əsas kompetensiyalar üçün nəzərdə tutulmuş, tələb olunan öhtəliklərə yönəlmiş işçilərin məsuliyyətlilik dərəcəsini dəqiq qiymətləndirmək
   • İşçilərin prioritetlərini dəqiq müəyyən etmək.
 
 
   
 
 
© 2007-2010, bütün hüquqlar GTC-yə məxsusdur.